Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərin – Siyahısı

17 Fevral 2016 15:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Dailykarabakh saytının araşdırmalarına görə, ATƏT-in Minsk qrupu ölkələri - ABŞ, Fransa və Rusiyadan olan şirkətlər də Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərirlər.

Siyahıda olan digər ölkələr aşağıdakılardı:

1. Almaniya
2. Argentina
3. Avstraliya
4. Böyük Britaniya
5. Çin
6. Fransa
7. İsveçrə
8. Kanada
9. Birləşmiş Ərəb Əmirlikləri
10. Litva
11. Livan
12. Uruqvay
13. Yunanıstan
14. İtaliya
15. Niderland
16. Polşa
17. Belçika
18. Hindistan
19. İran

Araşdırmalardan məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən şirkətlərin əksəriyyəti mobil operatorlar və turizm şirkətləridir.

Artıq Azərbaycan hökuməti ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya və İrana bununla bağlı öz rəsmi etiraz məktublarını təqdim ediblər və bu iş intensiv olaraq həyata keçiriləcək.