“Milli Park”da intihara cəhd edən qız haqda - Rəsmi məlumat

17 Fevral 2016 16:16 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 16-da saat 03 radələrində Səbail rayonu ərazisindəki "Milli Park"da Bakı şəhər sakini S.Əliyeva intihar məqsədilə özünü dənizə atmağa cəhd göstərib.

Cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb.