Prezident avtomobil zavodunda

17 Fevral 2016 16:42 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, zavod 2004-cü ilin dekabrından fəaliyyətə başlayıb. 2007-ci ilin martınadək müəssisədə OKA, UAZ, ÇAN-QAN markalı avtomobillərın yığımı həyata keçirilib. 2007-ci ilin martından etibarən Belarusun Minsk avtomobil və traktor zavodları ilə bağlanmış müqaviləyə əsasən Gəncə avtomobil zavodunda yeni yığım xətləri quraşdırılıb, müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb. 2016-cı il yanvarın 1-dək müəssisədə 8 modeldə 6294 traktor, 134 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 5737-i dövlət sifarişi əsasında "Aqrolizinq" ASC-yə, qalan 497-i isə fermerlərə və iş adamlarına satılıb. Həmin müddətədək 8 modeldə, müxtəlif modifikasiyalarda 2578 MAZ avtomobili yığılaraq istifadəyə verilib.