Samuxda iki avtomobil toqquşdu

17 Fevral 2016 16:58 (UTC+04:00)

Hadisə Samuxun "İnstitut" qəsəbəsində qeydə alınıb. "Hyundai" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

APA.az