Evakuator məktəbliləri vurdu - Xaçmazda

17 Fevral 2016 19:34 (UTC+04:00)

Məlum olub ki, Məhəmməd Abbasovu kran tipli evakuator avtomobili vurub.

Sol baldır sümüklərinin açıq sınığı diaqnozu ilə şöbəyə yerləşdirilən Məhəmməd Abbasova ilk tibbi yardım göstərilib. "Məktəbdən gələndə eşitdim ki, onu evakuator vurub", - qohumu Nərgiz Abbasova bildirdi.

Xaçmaz polis şöbəsindən 2 məktəblinin xəstəxanalıq olmasına tam aydınlıq gətirildi. Bildirildi ki, hadisə Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində qeydə alınıb.

İkinci sinif şagirdləri Murad Orucov və Məhəmməd Abbasov velosipedlə gedərkən yıxılıblar. Məhəmməd Abbasovun yıxılarkən ayağı yolla gedən, Cəbrayıl rayon sakini Samir Sadıqovun idarə etdiyi kran tipli evakuatorun arxa təkərinə dəyib və ayağı sınıb.

Velosipeddə olan Murad Orucov da xəsarət alıb və o da hazırda travmatologiya şəbəsində müalicə olunur. Hadisənin baş verməsinin tam səbəbləri araşdırılır.

ans press