Roma Papasını dartıb əlilin üstünə yıxdılar - Video

17 Fevral 2016 22:02 (UTC+04:00)

Sakin və gülər üzlü rəftarı ilə dünyanın görməyə öyrəşdiyi Papa Meksikada gəzinti zamanı əsəbiləşib. İzdihamda xalqı salamlayan Papa Fransisk ətrafdakı insanlardan birinin paltarından tutub çəkməsi səbəbindən əlil adamın üzərinə yıxılıb.

Hadisədən sonra çox əsəbiləşən Papa yıxılmasına səbəb olan adama qışqıraraq onu danlayıb. Paltarından dartan adama "Eqoist olma! Eqoist olma!" deyə qışqıran Papa Françesko daha sonra üzərinə düşdüyü adamı başından öpüb.




BAKU.WS