İki yük maşını toqquşdu - Yaralanan var

17 Fevral 2016 22:35 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabulun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı iki "KamAZ" markalı yük maşını toqquşub, nəticədə bir nəfər xəsarət alıb. Yaralı Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.