Xaçmazda üç maşın toqquşdu - 1 ölü, 5 yaralı
17 Fevral 2016 23:17 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, qəza Gəndob- Yalama yolunun 31 km-də Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"27 BN 917" dövlət nömrə nişanlı VAZ 21 09, "27 BF 054" dövlət qeydiyyatlı VAZ 2106- la "10 GD 313" nömrə nişanlı KİA avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb , 5 nəfər yaralanıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.