3 yaşlı uşaq kanalda boğuldu

18 Fevral 2016 00:22 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə İmişli rayonunun Oruclu kəndində qeydə alınıb.

Səhər saatlarında 3 yaşlı (2013-cü il təvəllüdlü) Mənsimova Mələk Azər qızı itdiyi məlum olub.

Uşağın itdiyini zənn edən və onun axtaran ailə üzvləri axşam saatlarında yaxınlıqdan keçən su kanalından uşağın meyitini aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.