Azərbaycana 450 baş tutuquşu keçirildi

18 Fevral 2016 09:51 (UTC+04:00)

AzNews.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-də bəzi kütləvi informasiya vasitələri rusiyalı həmkarlarına istinadən Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyasına 380 ədəd tutuquşu keçirilməsi və quşların Rusiya gömrük xidmətinin "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində aşkar olunması barədə həqiqətə uyğun olmayan məlumat yayıb. Dövlət Gömrük Komitəsi bildirir ki, sözügedən 380 ədəd yox, 450 baş tutuquşu məlumatda deyildiyi kimi Rusiya ərazisində deyil Azərbaycan gömrükçüləri tərəfindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan Respublikası vətəndaşı Vəliyev Mübariz Əsgər oğlundan aşkar olunub.

Həmçinin onu da diqqətə çatdırırıq ki, Azərbaycan Respublikası vətəndaşı Mübariz Vəliyev həmin quşları Rusiya Federasiyasından Azərbaycana gətirmək istəyərkən "Samur" gömrük postunda saxlanılıb.