Ankarada dəhşətli terror törədənin kimliyi bilindi - Foto

18 Fevral 2016 10:04 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerində ölən terrorçunun bədən hissələrindən və barmaq izlərindən onun Suriya əsilli Salih Necar olduğu müəyyən edilib. Terrorçunun Türkiyəyə suriyalı qaçqınlarla birlikdə gəldiyi məlum olub.

Xatırladaq ki, fevralın 17-də Türkiyənin paytaxtında dəhşətli terror aktı törədilib. Bomba yüklü avtomobilin partladılması nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.



Aydan AXUNDOVA