Bakıda sərnişin avtobusu qəzaya düşdü

18 Fevral 2016 11:25 (UTC+04:00)

49 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu Ramiz Qəmbərov küçəsi ilə hərəkətdə olarkən avtobusun əyləc sistemində nasazlıq yaranıb. Bunu görən sürücü sərnişinləri düşürüb. Yol yoxuş olduğundan avtobus arxaya hərəkət edib, əyləc işləmədiyindən sürücü nəqliyyat vasitəsini saxlaya bilməyib.

Avtobus arxadan gələn avtomobillərə çırpılacağından sürücü maşını bardürlərə vuraraq saxlamaq istəyib. Lakin yoldan çıxan avtobusun aşmaq təhlükəsi yaranıb. Hadisə yerinə yol polis əməkdaşları gəlib, əraziyə ağır texnika cəlb olunub.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Kəpəz TV