Türkiyədə daha bir terror aktı – 6 ölü, 1 yaralı (Yenilənib 2)

18 Fevral 2016 14:12 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə hədəf Diyarbəkir vilayəti seçilib. Məlumata görə, hərbi maşın yolu keçərkən partlayış törədilib. Əldə düzəldilən partlayıcı qurğunun işə salınması nəticəsində yaralananlar olub.

Əraziyə təcili tibbi yardım maşınları cəlb edilib.

Məlumat üçün bildirək ki, dünən axşam Türkiyənin paytaxtı Ankarada dəhşətli terror aktı törədilib. Hadisə nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.




12:31
***

Baş verən terror aktı nəticəsində 5 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb.



13:19
***

Diyarbəkirdə hərbi konvoya terrorçular tərəfindən daha öncədən yerləşdirilən bombanın partladılması nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib. 1 əsgərin vəziyyəti isə ağırdır.



Aydan AXUNDOVA