3 maşın toqquşdu - 2 nəfər öldü, 5 nəfər yaralandı

18 Fevral 2016 13:29 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-də saat 21 radələrində Xaçmaz rayonunun Müzəffər-oba kəndində rayon sakinləri Ruslan Nüsrətovun idarə etdiyi "KİA", Şıxbala Zeynalovun idarə etdiyi "VAZ-2106" və Rövşən Şükürovun idarə etdiyi "VAZ-21093" markalı avtomobillər toqquşub. Nəticədə Ş.Zeynalov və sərnişinlərindən Elvin Cavadov hadisə yerində ölüb, digər 1 sərnişini, habelə R.Nüsrətov və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.