Mağazadan 2100 cüt ayaqqabı oğurlandı

18 Fevral 2016 13:36 (UTC+04:00)

"Diamoni" MMC-nin direktoru, Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Yaşar Qürbət oğlu Hüseynov polisə müraciət edib.

Direktor polisə müraciətində bildirib ki, 2013-cü ildən 2015-ci ilin mart ayınadək MMC-də işləyən Bəxtiyar adlı şəxs açıq pəncərədən keçməklə şirkətdən 120 min manat dəyərində 2 100 cüt ayaqqabı oğurlayıb.

Şikayətlə bağlı Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Report.az