Hövsanda maşın piyadanı vurdu

18 Fevral 2016 13:45 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-də saat 08 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Ruslan Yetayev vurulub və o, xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən "Opel" markalı avtomobilin sürücüsü, paytaxt sakini Ağasəf Səfərov saxlanılıb.