Bakıda PR mütəxəssislərin dəyirmi masası keçirildi - Fotolar

18 Fevral 2016 14:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tədbirdə "Excelsior Hotel and Spa Baku" otelinin baş meneceri Turhan Poyraz, "AtaHolding" ASC Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, "AtaBank" ASC Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov, "Veysəloğlu" Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov, Qlobal Saziş Azərbaycan şəbəkəsinin nümayəndəsi, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, Paşa Həyat Sığorta şirkətinin PR meneceri Elnur Hüseynquliyev, "Synergy Group" ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin meneceri Ayxan Nəsibli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat katibi Cavid Xəlilov, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev, Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisinin köməkçisi, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədova və digərləri iştirak ediblər.

Tədbir zamanı iştirakçılar 2015-ci ildə öz peşə fəaliyyətlərinin yekunları haqqında danışıblar və 2016-cı il üçün planlarını bölüşüblər. Cəmiyyətlə ictimaiyyətlə əlaqələrin maraq doğuran sahələri barədə fikir mübadiləsi aparılıb. Tədbir zamanı həmçinin, PR üzrə təlim treninqi də keçirilib.

"Excelsior Hotel and Spa Baku" otelinin baş meneceri qeyd edib ki, "Mütəxəssislərin bu cür dəyirmi masaları məhsuldar təcrübə mübadiləsi aparmağa, peşə səviyyəsini yüksəltməyə, praktiki bilikləri mənimsəməyə və cəmiyyətlə əlaqələri yaxşılaşdırmağa kömək edir".