Pul və planşet oğurlayan şəxslər tutuldu

18 Fevral 2016 15:02 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 21-ci əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 17-də Bakı şəhər sakini Rövşən Qəhrəmanovun evindən 1000 manat və planşet oğurlayan əvvəllər məhkum olunanlar - Quba rayon sakini Vaqif Şahmirzəyev və Xaçmaz rayon sakini Rəfael Rüstəmov tutulublar.