113 saylı avtobusda oğurluq edən şəxs tutuldu

18 Fevral 2016 15:26 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ 31-ci əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də Bayram Allahverdiyevin 113 saylı xəttlə idarə etdiyi "Daewoo" markalı avtobusdan pul oğurlayan Bakı şəhər sakini Elnur Çağlarov saxlanılıb.