Samuxda ev yandı

18 Fevral 2016 15:44 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Samux rayonu, Qovlarsarı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan köməkçi tikilinin tavanı 16 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 14:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.