Ankara terroruna görə 14 nəfər saxlanıldı - Yenilənib

18 Fevral 2016 17:14 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə prezidenti partlayış nəticəsində ölən 28 nəfərdən 20-sinin hərbçi, 8 nəfərin isə mülki vətəndaş olduğunu bildirib.

Ərdoğan partlayışı təşkil edən Salih Necar ilə əlaqəsi olan 14 nəfərin saxlanıldığını və bu rəqəmin artacağını qeyd edib: "Zəncir artıq sökülməyə başladı. 14 nəfər saxlanılıb. Mənim dəqiq təxminimə görə, bu rəqəm ondörddə qalmayacaq, davamı da olacaq. Çünki bu işin qollarının daxildə və xaricdə olduğu görülüb və görülməkdədir".

***
16:02


Dünən Ankarada həyata keçirilən terror aktından sonra terrorçuların axtarışı davam edir.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri eyni zamanda 7 vilayətdə əməliyyatlar həyata keçiriblər. Partlayışı təşkil edən suriyalı Salih Necar ilə əlaqəsi olduğu öyrənilən 12 nəfər saxlanılıb. Ankara, Adana, Bolu, Tekirdağ və İzmirdə 1, İstanbulda 4, Diyarbəkirdə isə 3 nəfərin saxlanıldğı məlum olub.

Aydan AXUNDOVA