Devalvasiya Tağı Əhmədovun milyonlarını “vurdu”

18 Fevral 2016 16:10 (UTC+04:00)

Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının hazırki sədri Tağı Əhmədovun da adı həmin tanınmışlar siyahısında var. Etibarlı mənbələrdən Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun bir neçə milyon manat vəsaiti bu günlərdə bağlanan banklardan birində batıb.

Bizə çatan dəqiq xəbərə görə, o, Azərbaycanda problemlə üzləşən bankların birinə vaxtı ilə küllü miqdarda əmanət yatırıbmış. Lakin ötən ilin 21 dekabrında manatın devalvasiyaya uğraması nəticəsində bir çox banklarda ciddi problemlər yarandığı üçün həmin kommersiya müəssisələri əmanətçilərin vəsaitləri geri qaytara bilməyib. Tağı Əhmədov da bankdan əmanətini geri istəyib, amma bu, alınmayıb. Nəticədə sabiq rəisin külli miqdarda əmanəti bankda batıb.

Məsələylə bağlı Tağı Əhmədovun özündən münasibət öyrənilməyə çalışılsada, o, zəngə cavab versə də, mediadan olduğunu biləndən sonra telefonu söndürüb.

Xanımı Salatın Əhmədova isə suallarımızı səbrlə dinlədi, amma cavab verməkdən imtina etdi.

Modern.az