Bakıda gənclər Türkiyə səfirliyi önünə toplaşdılar – Fotolar

18 Fevral 2016 19:12 (UTC+04:00)

Bu barədə AzNews.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gənclər səfirliyin önünə gül dəstələri qoyub, iki ölkənin bayraqlarını dalğalandıraraq, terror qurbanlarının xatirəsini yad ediblər. İştirakçılar birlik nümayiş etdirərək terror aktını qətiyyətlə pisləyib, cinayətkarların ən sərt qanunlarla cəzalandırılmasını tələb ediblər.

Gənclər Azərbaycan erməni terrorundan əziyyət çəkən bir ölkə olduğunu, terror dəhşətinin nə dini nə də milləti olmadığını vurğulayıb, bu çətin və ağrılı gündə bütün Azərbaycan gəncliyinin Türkiyənin yanında olduğunu bildiriblər.