XİN rəhbərləri birgə bəyannamə imzalayacaqlar - Tiflisdə

18 Fevral 2016 20:28 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bəyannamə xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekununda imzalanacaq.

Qeyd edək ki, sabah Tiflisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstan xarici işlər naziri Mixael Canelidze arasında görüş keçiriləcək.