Obamanın Kubaya gedəcəyi tarix məlum oldu

18 Fevral 2016 20:55 (UTC+04:00)

Bu barədə o "Tvitter" səhifəsində bildirib.

"İnkişafımızı və səylərimizi daha da sürətləndirmək məqsədilə mən gələn ay Kubaya səfər edəcəm. Bu, Kuba xalqının həyat səviyyəsinin daha da yaxşılaşmasına kömək edəcək", deyə Obama qeyd edib.

Məlumatda qeyd edilir ki, Barak Obama xanımı Mişel Obama ilə Kubaya 21-22 mart tarixlərində səfər etməyi planlaşdırır.

Qeyd edək ki, Obama 1928-ci ildən bəri Kubaya səfər edəcək ilk ABŞ prezidenti olacaq.


APA