Auditdən yayınanlar cərimələnəcək - 2500 manata qədər

18 Fevral 2016 21:49 (UTC+04:00)

Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində (İXM) məcburi audit yoxlamasından keçməyənlərə cərimələr nəzərdə tutulub.

Vəzifəli şəxslər - 300-600 manat, hüquqi şəxslər – 1500-2500 manat cərimə ödəməli olacaqlar. Dəqiq məbləği yerli məhkəmələr müəyyənləşdirəcək.

Prezidentin fevralın 15-də imzaladığı fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, məcburi auditdən yayınmaya dair protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı hazırlanıb təqdim edilsin. Bu işə 3 ay vaxt ayrılıb.


Oxu.Az