Rusiyada Azərbaycanlıya hökm oxundu - 14 il

18 Fevral 2016 22:55 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, müttəhimlərdən biri günahını qismən etiraf etsə də, digəri özünü təqsirli bilməyib.

Belə ki, onlar 2013-cü ildə Nijni Novqorod şəhərinin Avtozavod rayonunda kazinoya gələrək oraya dəfələrlə basqın edib oradan külli miqdarda pul oğurlamaqda və daha bir neçə quldurluq və soyğunçuluq faktı törətməkdə ittiham ediliblər.

Eyni zamanda həmin şəxslər kazinoya hücum zamanı oranın gözətçisini də döyüblər və döydükləri gözətçidən bunula bağlı polisə məlumat verməsini tələb ediblər. Polis isə qumarxananın qeyri qanuni fəaliyyət göstərdiyini aşkar edərək onu bağlayıb.

Tutulan şəxslər cəzalarını ümumirejimli cəzaçəkmə müəsisəsində çəkməklə 8 və 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bildirilir ki, müttəhimlərdən yalnız biri özünü sonuncu cinayətə görə görə özünü qismən təqsirli bildiyini deyib. Digər təqsirləndirilən şəxs isə günahını etiraf etməyib. Bununla yanaşı təqsirləndirilən hər iki şəxsin cinayəti sübuta yetirilib.

Qeyd edək ki, hökm oxunanlardan biri əvvəllər də soyğunçuluq maddəsi ilə ittiham edilərək məhbus həyatı yaşayıb.