Putin Sarkisyana pul ayırdı - 200 milyon

18 Fevral 2016 23:51 (UTC+04:00)

Bu barədə məlumat Rusiyanın rəsmi hüquq informasiya portalında yerləşdirilib.

Məlumata görə, kredit ilk ödəniş 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verilib.

Vəsait Rusiya istehsalı olan hərbi texnikanın və silahların alınmasının maliyyələşməsinə ayrılıb.

Sənədə əlavəyə əsasən, Ermənistan Rusiyadan "Smerç" reakiv yaylım atəşi sistemləri və onun sürsatlarını, "Igla-S" zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi "Avtobaza-M", "TOS-1A" ağır odatanları, "9M113M" idarəolunan raketləri, "RPG-26" qumbaraatanları, Draqunov snayper tüfəngi, "Tiqr" zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq.

Siyahı ikitərəfli razılıq əsasında dəyişdirilə bilər.


Oxu.Az