Məmmədyarov, Çavuşoğlu və Canelidze 5-ci dəfə görüşdü - Fotolar

19 Fevral 2016 11:10 (UTC+04:00)

AzNews.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, sayca beşinci üçtərəfli görüşdə Gürcüstan XİN rəhbəri Mixayıl Canelidze, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu iştirak edirlər.
Görüşün yekununda birgə bəyanat qəbul ediləcək.

Görüşdən sonra xarici işlər nazirləri Bakı-Tbilisi-Qars dəmiryolunun yekunlaşmaqda olan Gürcüstan hissəsilə tanış olmaq üçün Karsaxiyə gedəcəklər.

Qeyd edək ki, üçtərəfli görüş ilk dəfə 2012-ci il iyunun 8-də baş tutub. Görüşün yekununda ölkələr arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığı nəzərdə tutan Trabzon bəyannaməsi imzalanıb. Bundan sonra görüşlər ildə iki dəfə keçirilir.




Aydan AXUNDOVA