Ombudsman əməkdaşları İstintaq Təcridxanasında olublar

19 Fevral 2016 11:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, baxış keçirməkdə məqsəd daxil olan müraciətlərin araşdırılması və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində MPQ-nin həkim üzvünün də iştirakı ilə müəssisə daxilində müxtəlif obyektlərdə 20-dən çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib, bəzi şəxslər isə öz xahişləri ilə təkbətək dinlənilib, bir sıra müraciətlər yerində araşdırılıb və təmin edilib.

Barələrində başlanan cinayət işləri üzrə aparılan istintaqla bağlı Müvəkkilə müraciət etmiş şəxslər təkbətək qəbul edilmiş, qaldırdıqları məsələlər yerində araşdırılıb, habelə bir sıra həbs edilən şəxslər əvvəlki müraciətlərinin də araşdırılması istiqamətində göstərdiyi diqqətə görə Ombudsmana təşəkkürlərini bildiriblər.

Qəbul edilən şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, habelə Müvəkkilə ünvanlanan ərizə və müraciətləri yerində qəbul edilib.

Müəssisədə yeni karantin otağında təmirin yekunlaşması və şəraitin təkmilləşdirilməsi istiqamətində işlər MPQ üzvləri tərəfindən müsbət qiymətləndirilib və müvafiq tövsiyələr verilib.

Yekunda istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, İstintaq təcridxanalarının daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.