Türkiyədə daha bir terror - 4 ölü (Yenilənib)

19 Fevral 2016 15:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi saytında məlumat yerləşdirilib. Bildirilir ki, hücum nəticəsində 2 əsgər və 1 polis ağır yaralanıblar. Xəstəxanaya aparılan yaralıların həyatını xilas etmək mümkün olmayıb.

12:02
***

Diyarbəkirdə terrorçularla güc strukturları arasında davam edən atışma nəticəsində daha bir polis ölüb. Bununla da Sur rayonunda bu gün ölənlərin sayı 2 əsgər və 2 polis olmaqla 4 nəfərə qədər yüksəlib.

Aydan AXUNDOVA