Polis idarəsində saxlanılan şəxs kafellə boğazını kəsdi

19 Fevral 2016 13:18 (UTC+04:00)

Səlim Qədimov tanışı Tərlan Babayevlə birlikdə fevralın 4-də Sabunçu rayonu ərazisində yerləşən və Rza Əhmədova məxsus olan qarajdan oğurluq etməkdə şübhəli bilinərək 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıblar.

Səlim Qədimov Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinin sanitar qovşağında intihara cəhd edib.

İdarənin tualetindən istifadə etmək istədiyini deyən S.Qədimov orada divara vurulan kafeli sındırıb. O, kafel parçası ilə sol qolunun damarlarını və boğazını kəsib.

S.Qədimov yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

virtualaz.org