Hicran Hüseynova 170 minlik qalmaqaldan danışdı

19 Fevral 2016 15:24 (UTC+04:00)

AzNews.az-a açıqlama verən H.Hüseynova məsələ ilə bağlı hazırda araşdırma getdiyini deyib: "Hazırda istintaq gedir. Məsələ ilə bağlı araşdırma aparılır. Əlbətdə ki, bunlar hamısı yalandır, böhtandır. Burada ikinci söhbət ola bilməz. Amma araşdırsınlar. Baxsınlar ki, kimin günahı var, kim hansı işləri törədib".

H.Hüseynova jurnalistlərə də çağırış edib: "Jurnalistərə, bizim hüquq-mühafizə nümayəndələrimizə də, vəkillərimizə demək istəyirəm ki, gərək etikanı qorusunlar. Hansısa bir adam haqqında bir şey yazanda faktları əvvəlcədən yoxlasınlar. Sonra onların haqqında yazsınlar. Xüsusilə dövlət məmurları haqqında belə şeyləri yazanda siz bir fikirləşsinlər ki, bunlar kimə nöqsandır, bizə, yoxsa onların özlərinə? Ona görə də belə şeyləri fikirləşmək lazımdır".

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hücran Hüseynovanın və sabiq aparat rəhbəri Səfər İmanovun işə düzəltmək adı ilə Eynur Kərimov adlı şəxsdən 170 min dollar aldığı iddia edilir.

Nigar