İntihara cəhd etdi - Özünü “Kür”ə atdı

19 Fevral 2016 18:00 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhərində 1 nəfər intihar məqsədi ilə özünü körpüdən "Kür" çayına (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralda nəzarətsiz ərazidə) atması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:08-də başa çatıb.