“Yox bir, yeraltı və yerüstü sərvətimiz!” - Aygün İlhamənin titullarına ilişdi

19 Fevral 2016 21:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, primetime.az-a müsahibəsində İlhamə Quliyevanı tanımadığını bildirib: "İlhamə Quliyeva? O kimdir?"

Aygün Kazımova daha sonra "Yox bir, yeraltı və yerüstü sərvətimiz!", - deyərək, İlhamə Quliyevanın titullarına ilişib.

Aygün Kazımova İlhamə Quliyevanın Fikrət Əmirovun mahnılarını başqa müğənnilərə qadağa qoymasına da münasibət bildirib: "İlhamə Quliyevanın qadağa qoymağa nə ixtiyarı çatır? Qoy o, əsl sənəti ilə məşğul olsun. Yəni, adam yedizdirməklə, tutdurmaqla, iş verməklə və sosial şəbəkədə montaj olunmuş şəkillərini yaymaqla... İlhamə Quliyevanın adı kriminal aləmində səslənir. O, gedib baltalamağında olsun. Amma bu dəfə kimisə deyil, başına bəla olan dilini... Gedib mənə yox, özünə qadağa qoysun. Gəlin mövzunu dəyişmədən yaradıcılığımla bağlı söhbəti davam etdirək".