Ankaradakı terrorla bağlı saxlanılanların sayı - 20-yə çatdı

19 Fevral 2016 21:48 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ölkənin səkkiz əyalətində xüsusi əməliyyatlar keçirilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılanların bir qismi PKK ilə əlaqəlidirlər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargahını ziyarət edərkən hadisə ilə əlaqədar 14 nəfərin saxlandığını bildirmişdi.