Ledi Qaqa Obamanın qələbəsinə sevinir

7 Noyabr 2012 15:12 (UTC+04:00)
Sevimli namizədinin seçkilərdə qələbə qazandığını bilən mügənni Ledi Qaqa dərhal şəxsi Twitter səhifəsində emosiyaları ilə bölüşüb. Mikrobloqda müğənni yazıb: "Cənab Obama, mənim təbriklərimi qəbul edin. Bu gün biz amerikalı olduğumuzla fəxr edirik. Bəli, bəli, bəli".

Bir qədər sonra isə müğənni yazdıqlarına əlavə edib: "Biz hələ də sevincimizdən özümüzə gələ bilmirik. İlahi, bu böyük bir xoşbəxtlikdir, çünki bizim azadlığımız var".

AzNews.az