Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı - Siyahı

19 Fevral 2016 22:02 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Azərbaycan bu siyahıda 23-cü yerdədir. Reytinq əsasən yerli alıcılıq qabiliyyəti, icarə haqqı, ərzaq mallarının qiyməti, yerli mal və xidmətlərin istifadəsinin ucuz olmasına görə hazırlanıb.

Azərbaycanda:

Yerli alıcılıq qabiliyyəti 59,6%;

İcarə haqqı 88,5%

Ərzaq mallarının qiyməti 74%;

Yerli mal və xidmətlərdən istifadə 69,3% daha ucuzdur.

Agentliyin məlumatına görə, 50 ölkədə icarə haqqı Nyu-Yorka nisbətən 70%, ərzaq indeksi 40%, istehlak qiymətləri və xidməti 30 % daha ucuzdur.

Azərbaycanı da Nyu-Yorkla müqayisə edən "GOBankingRates" burada yaşam səviyyəsinin Nyu-Yorka nisbətən 70% daha ucuz olduğunu vurğulayır.

Reytinqdə Ermənistan 42, Gürcüstan 29, Türkiyə 31, Rusiya isə 39-cü yerdə bərqərar olub. İran isə ümumiyyətlə, 50 ölkədən ibarət olan siyahıya düşməyib.

Yaşamaq üçün ən ucuz ilk 5 ölkə bunlardır:


Siyahıda ən bahalı ölkələr isə bunlardır: Belarusiya, Peru, Litva, Xorvatiya, Mərakeşdir.