Avtomobilini satmaq istəyənlər bu xəbəri oxuyun! - VİDEO
19 Fevral 2016 22:40 (UTC+04:00)
2 il əvvəl avtomobil satan Elçin Orucov başına gələnləri danışır:
"2 il əvvəl maşını satmışam. Satdıqdan sonra da başqa ünvana köçmüşəm. Elə ora da qeydiyyata düşmüşəm. Amma 2 gün əvvəl qaldığım yerdən zəng gəlib ki, yanvar ayı ərzində radara düşmüsünüz. Amma nəyin ki, yanvar ayı 2 ildir maşın məndə deyil".
Avtomobili 2 il əvvəl etibarnamə ilə satsa da, indi ona sürət həddini aşması ilə bağlı protokol gəlib. Ekspert Azər Allahverənov deyir ki, bu problem bir neçə səbəbdən yarana bilər.
Ekspert bildirir ki, avtomobilin əvvəlki sahibi 10 gün ərzində Dövlət Yol Polisinə müraciət edərək xətanın başqa şəxs tərəfindən törədildiyi barədə məlumat verməlidir.
Bu cür sübuta yetirmək mümkün olmadığı halda isə məhkəməyə müraciət etmək lazımdır.