NATO Rusiya ilə müharibədən imtina etdi

19 Fevral 2016 23:47 (UTC+04:00)

Bu barədə Almaniyanın "Der Spiegel" qəzetinə Lüksemburqun xarici işlər naziri Jan Asselborn bildirib.

Onun sözlərinə görə, Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə NATO Türkiyəni dəstəkləməyəcək. Asselbornun fikrincə, NATO-ya daxil olan bütün dövlətlərin bu məsələdə mövqeyi eynidir.

"Alyans ölkələri Türkiyə ilə Rusiya arasında mümkün münaqişəyə cəlb edilməməlidirlər. NATO-nun nizamnaməsinə görə, qarşılıqlı müdafiə zəmanəti yalnız aşkar müdaxilə hallarına şamil olunur", - Asselborn belə deyib.


Virtualaz.org