Qazaxda ev yandı

20 Fevral 2016 10:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Qazax rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaq və aynabəndən ibarət evin 2 otağının dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Yüksək temperaturdan bitişik olan digər vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 5 otaqlı evin giriş qapısına bitişik lambirdən ibarət talvar 5 kv.m sahədə əriyib. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 06:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.