Metro ilə Dəmiryol Vağzalı birləşdirilir - Video

20 Fevral 2016 10:40 (UTC+04:00)

Bu ilin sonunda təmirinin başa çatdırılması nəzərdə tutulan Bakı Dəmiryolu Vağzalında daha bir tunel sərnişinlərin istifadəsinə veriləcək. Bu tunel vasitəsilə sərnişinlər bir başa 28 may metro stansiyasını qarşısına çıxa biləcək. Vağzal ərazisində yeniliklər bununla bitmir. Təmirdən sonra vağzal ərazisində mehmanxanada da olacaq. Paytaxtın əsəs dəmir yol stasiyasından metroya çıxışı rahatlaşdıracaq tunel istifadəyə veriləcək. Bu yoldan istifadə edən sərnişinlərin həm yolu qısalacaq , həm də metroya daha tez çata biləcəklər. Bakı sərnişinin stansiyasında aparılan əsaslı təmir tikinti işləri çərçivəsində metronun 28 may stansiyasına doğru yeni tunel çəkilib. Burda işlər başa çatdıqdan sonra sərnişinlər vaqondan düşüb turniketdən keçdikdən sonra bu tunelə daxil olaraq bir başa metronun 28 may stansiyasının qarşısına çıxa biləcəklər. Bunda başqa əvvəl ərazidə olan keçidlərdə bu tunelə birləşəcək. Nadir Əzməmmədov deyib ki, hazırda platformalarda da işlər gedir. İşlər yekunlaşdıqdan sonra sərnişinlər elektrik qatarlarından düşüb birbaşa "28 May" metro stansiyasına çıxış əldə edə biləcəklər. Bu ilin sonuna kimi Bakı-Tiflisi -Qars dəmiryolu xəttinin istifadəyə verilməsidə gözlənilir ki, bu da baş verdikdə dəmir yol vağzalından istifadə edəcək sərnişinlərin sayının bir neçə dəfə artacağı gözlənilir.

Onun sözlərinə görə, təmir işləri nəticəsində Vağzalın Binası tamamilə yeniləcək, burada sərnişinlər üçün yeni şərait yaradılacaq. "Vağzalda bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, kafelər, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənir". Vağzal binasında sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər. Vağzalda suvenirlər, güllər satılacaq. "Bir sözlə vağzala daxil olduqda əsl qarşılanma və yolasalma – vağzal aurası olacaq".
Stansiya ərazisində olan 16 mərtəbəli binada isə müasir otel və Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətin inzibati binası fəaliyyət göstərəcək.

Avtosfer.az