Türkiyədə terror həyəcanı, qız yataqxanasında axtarış – 7 nəfər saxlanıldı

20 Fevral 2016 12:29 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, aparılan əməliyyatlar zamanı 7 nəfər saxlanılıb. Əməliyyat çərçivəsində Ege Universitetinin nəzdindəki qız yataqxanasında da axtarış aparılıb. Lakin şübhəli bilinən qız burada tapılmayıb.

Saxlanılan şəxslərin PKK terror təşkilatının gənclik quruculuğu YDG-H üzvü olduğu və evlərində aparılan axtarışlar zamanı çox sayda təşkilatı sənədlər tapıldığı bildirilib.
Saxlanılan şəxslər Terrorla Mübarizə İdarəsinə aparılıb.

Aydan AXUNDOVA