Narkotik qəbul edib öldü - Bakıda

20 Fevral 2016 14:14 (UTC+04:00)


Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini İbrahim Şirəliyev qəbul etdiyi narkotik vasitənin təsirindən vəfat edib. İlkin ehtimala görə, o yüksək dozada narkotik qəbul etdiyi üçün dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

APA.az