“Böyüməyən uşaqlar” Avropa ölkələrində nümayiş olunacaq - Video

20 Fevral 2016 14:17 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev bildirib.

Onun sözlərinə görə, məqsəd Azərbaycanın haqq səsini Avropa ölkələrində yaymaqdır.

Diaspor təşkilatının rəhbəri bildirib ki, alman xarici dilə tərcümə olunandan sonra "Böyüməyən uşaqlar" filmi ilkin olaraq Brüssel (Belçika), Vyana (Avstriya), Vülnüs (Litva), Bern (İsveçrə) şəhərlərində nümayiş etdiriləcək. Daha sonra onun digər ölkələrdə nümayişi də planlaşdırılır.

Bu, Alman Azərbaycan Mədəniyyət Evinin Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində həyata keçirdiyi təbliğat xarakterli tədbirlərdən biridir.

Tədbirlər Alman Azərbaycan Mədəniyyət Evinin və Parlament Jurnalistlər Birliyinin birgə təçkilatçılığı ilə həyata keçiriləcək.

Qeyd edək ki, Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş direktoru Elşad Eyvazlının ideya və ssenarisi əsasında çəkilən "Böyüməyən uşaqlar" filmi "Xocalıya ədalət" kampaniyası çərçivəsində ərsəyə gəlib.

Film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çəkilib.

Filmə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlar Cavanşir Feyziyev, Rövşən Rzayev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov dəstək olublar.

Filmin quruluşçu rejissoru Cavanşir Eladısoy, rejissoru isə Tural M.Məmmədzadədir. Filmi ingilis dilinə iki xanım çevirib.