Ermənilər “Qarabağ”ı pulla almaq istəyir

20 Fevral 2016 15:21 (UTC+04:00)

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda haber61.net adlı türk portalı məlumat yayıb. Klub son zamanlar maddi baxımdan ciddi sıxıntılarla üzləşib və ermənilər futzal çempionatında bir sıra uğurlar qazanan klubun onlara satılması üçün oyunçulara, habelə klub rəhbərliyinə təzyiq edirlər.

Xəbərdə deyilir ki, maddi sıxıntılar üzündən klubun oyunçuları səfər oyunlarına öz hesablarına gedirlər. Klubun oyunçusu və eyni zamanda məşqçisi olan Elnur Vəliyev deyir ki, ermənilərin Moskvadakı "Artsax" futzal komandası klubu almaq istəyir. "Lakin oyunçularımız bu təklifi qəti rədd edirlər. Əgər bizə maddi dəstək verən olsaydı Azərbaycan bayrağını böyük liqada dalğalandıra bilərdik. Azərbaycandan fərqli olaraq ermənilərin bu kluba maraq göstərməsi bizi məyus edir", - o deyib.

E.Vəliyev kluba dəstək vermək istəyənlərin olmadığını, Azərbaycanla yanaşı türklərdən də dəstək gözlədilklərini deyib.