Rusiya Ermənistandakı döyüş təyyarələrinin sayını artırdı
20 Fevral 2016 15:52 (UTC+04:00)
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, aviatexnika Krasnoyarsk vilayətindən İrəvan hava limanına hərbi nəqliyyat təyyarələri vasitəsi ilə gətirilib.
Məlumat verilir ki, yaxın vaxtlarda 4+ nəslindən olan döyüş qırıcıları və helikopter mühəndis-texniki heyət tərəfindən yığılacaq və istismara veriləcək.
Pilotlar artıq martın ortalarından qırıcılarda uçuş keçirə biləcəklər.