DSMF-in büdcə layihəsində gəlir və xərclər - Açıqlandı

20 Fevral 2016 16:03 (UTC+04:00)

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

"Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanuna dəyişikliklərlə layihəni təqdim edən E. Mehdiyev bildirib ki, gəlirlərin gözlənilən artımının 82.8 milyon manatının və ya 36.2 faizinin məcburi dövlət sosial sığorta aktları hesabına, 146 milyon manatı və ya 63.8 faizinin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur.

"2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.6 faiz və ya 227.8 milyon manat artıqdır. Əmək pensiyaları ödənişi xərcləri 3 milyard 136.1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.3 faiz və ya 212.5 milyon manat çoxdur", - deyə o vurğulayıb.