Oleq Dünya Kubokunda finala çıxdı

20 Fevral 2016 16:32 (UTC+04:00)

O, çıxışın yekunu üzrə 15,700 bal toplayaraq təsnifatda birinci yeri tutub.

Təsnifatın yekunları üzrə Yaponiya və Türkiyənin hər birinin iki təmsilçisi, İspaniya, İsrail və Belçika idmançıları finala çıxıblar.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 19-21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edəcəklər.