“Neft 200 dollaradək bahalaşa bilər”

20 Fevral 2016 16:57 (UTC+04:00)

Rusiyanın NTV telekanalı xəbər verir ki, Rafael Korrea orta vədəli perspektivdə qara qızılın barrelinin qiymətinin 200 dollaradək qalxacağını deyib: "Neft sektorunun üzləşdiyi investisiya qıtlığı, yanacağın ucuzlaşması nəticəsində ABŞ-da rentabelliyini itirən qazma quyularının fəaliyyətinin dayanması və başqa səbəblər orta vədəli perspektivdə neftin qiymətinin 200 dollara qədər bahalaşmasına gətirib çıxaracaq".

Ekvador prezidenti OPEC-ə üzv ölkələrin hasilata dair bütün məhdudiyyətlərin müzakirəsindən qaçmasını siyasi motivlərlə izah edib. Korreanın fikrincə, karbohidratların qeyri-real qiymətləri İran, Rusiya və çox güman ki, Venesuelaya qarşı təzyiq vasitəsi kimi istifadə edilə bilər. OPEC-in əsas ixracatçısı olan Səudiyyə Ərəbistanında gəlirlərin azalması bu ölkədə maliyyə böhranına gətirib çıxardıqdan sonra vəziyyət dəyişəcək.


AzVision.az